Advertisement

PFL püşkatma tarixini açıqlayıb – Trend.Az

Bakı. Trend:

Futbol üzrə Azərbaycan çempionatının I və II Liqasında 2024/2025
mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu PFL-in mətbuat xidməti
açıqlayıb.

Mərasim avqustun 13-də keçiriləcək. Püşkatma AFFA-nın inzibati
binasında baş tutacaq. Tədbir saat 15:00-da başlayacaq.

Qeyd edək ki, II Liqa sentyabrın 1-də, I Liqa 11-də
başlayacaq.