Advertisement

“Turan Tovuz”dan yeni transfer – Trend.Az

Bakı. Trend:

“Turan Tovuz” heyətini gücləndirməyə davam edir.

Trend İdman.biz
istinadən xəbər verir ki, bölgə təmsilçisi Tural Bayramlını
rənglərinə bağlayıb.

26 yaşlı yarımmüdafiəçi növbəti 2 mövsümdə “Turan Tovuz”un
şərəfini qoruyacaq.

Qeyd edək ki, Yunanıstan və Latviyada legioner həyatı yaşamış
Tural Bayramlı karyerası ərzində “Sumqayıt”, “Keşlə”, “Zirə”,
“Səbail” və “Araz-Naxçıvan” klublarının formasını geyinib.