Advertisement

Braziliya klubu 75 yaşlı məşqçi ilə vidalaşıb

Bakı. Trend:

Luis Felipe Skolari “Atletiko Mineyro” ilə yollarını ayırıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, tərəflər qarşılıqlı şəkildə əməkdaşlığa
son qoyublar.

Təcrübəli mütəxəssis 2023-cü ilin yayından Mineyro klubuna
başçılıq edib. Komanda onun rəhbərliyi ilə 41 oyun keçirib. “Ağ
qaralar” 19 matçda qələbə qazanıb, 10 dəfə heç-heçə edib, 12
görüşdə uduzub. “Atletiko Mineyro” onun başçılığı ilə Braziliya A
seriyasında 2023-cü il mövsümünü 3-cü pillədə başa vurub.

Qeyd edək ki, 75 yaşlı mütəxəssis “Çelsi”, Portuqaliya və
Braziliya yığmalarında fəaliyyət göstərib.