
Bakı. Trend:
Paris-2024 Yay Olimpiya Oyunlarında futbol turnirinin püşkü
atılıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, son dünya çempionatının finalçılarının
rəqibləri bəlli olub.
Meydan sahibləri A, argentinalılar B qrupunda yarışacaqlar.
Olimpiadanın daha bir favoriti İspaniya C qrupunda yer alıb.
Qruplarda bütün iştirakçıları bəlli olmayıb. Asiya qitəsinin
seçmə mərhələ oyunlarından sonra 3, qitələrarası pley-off
mübarizəsindən sonra 1 xoşbəxtin adına aydınlıq gələcək.
Qeyd edək ki, Olimpiadanın final matçı avqustun 9-da “Park de
Prens” stadionunda baş tutacaq.
A qrupu: Fransa, ABŞ, Qitələrarası pley-offun qalibi, Yeni
Zelandiya
B qrupu: Argentina, Mərakeş, Asiya seçməsinin 3-cüsü, Ukrayna.
C qrupu: Asiya seçməsinin 2-cisi, İspaniya, Misir, Dominikan
Respublikası.
D qrupu: Asiya seçməsinin 1-cisi, Paraqvay, Mali, İsrail.





























