Advertisement

Türkiyə 1-ci, Azərbaycan 31-ci pillədə – Reytinq açıqlanıb

Bakı. Trend:

Voleybol yığmalarının FİVB reytinqi açıqlanıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, cədvəldə Azərbaycan milli komandalarının
da mövqeyi bəlli olub.

Qadın voleybolçulardan ibarət millimiz 112,41 xalla dünyanın
31-ci komandasıdır. Faiq Qarayevin rəhbərlik etdiyi komanda son
siyahı ilə müqayisə mövqeyini qoruyub.

Qadın yığmaların cədvəlinə Türkiyə başçılıq edir. Onların
aktivində 397,46 xalı var. “Ay-ulduzlular”ın ABŞ izləyir (358,62
xal). “Üçlüy”ü Braziliya qapayır – 352,55 xal.

Kişilərdən ibarət komandamız da yerində qalıb. Fərid Cəlalovun
baş məşqçisi olduğu yığma 33,33 xalla 75-cidir.

İlk “üçlük” də dəyişməz qalıb. Polşa (421,14), ABŞ (390,91) və
İtaliya (342,43) ön sıralarda qərarlaşıb.