Advertisement

Azərbaycan qarğıdalı idxalını azaldıb – Trend.Az

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 10 min 886 ton
qarğıdalı idxal edilib.

Trend Dövlət Gömrük
Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri
3 milyon 246 min ABŞ dolları olub.

Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6 775
ton (38,3%), dəyər baxımından isə 2 milyon 19 min ABŞ dolları (38,3
%) azdır.

Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın
ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.