
Bakı. Trend:
Hələlik hazırkı mərhələyə fokuslanmışam. Yəni indi yığmadayam,
sonra kluba qayıdacam.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov
deyib.
Hazırda Rusiya millisinin düşərgəsində olan 32 yaşlı qolkiper öz
ölkəsinin klublarından birinə keçməklə bağlı sualı cavablandırıb:
“Klubuma qayıtdıqdan sonra orada qarşımıza qoyulan vəzifələri həll
etməliyik. Sonra necə olacağına baxarıq”.
Lunyov Rusiya Premyer Liqasını izləmədiyini bildirib: “Rusiya
futboluna xüsusi olaraq izləmirəm. Konkret nə isə deyə bilmərəm.
Amma “Zenit” çempiondur. Bu, dəqiqdir”.
Qeyd edək ki, Lunyov 2023-cü ilin yayında “Qarabağ”a keçib.





























