
Bakı. Trend:
Güllə atıcılığı üzrə Azərbaycan milli komandası Almaniyanın
Dortmund şəhərində keçirilən ISAS 2024 beynəlxalq turnirində daha
bir medal qazanıb.
Trend-in İdman.biz-ə istinadən
verdiyi məlumata görə, 10 m məsafəyə pnevmatik tapançadan
atəşaçmada mübarizə aparan Vladislav Kalmıkov fəxri kürsüyə
yüksəlib.
Hədəfi daha dəqiq nişan alan təmsilçimiz bütün rəqiblərini
arxada qoyaraq, qızıl medal qazanıb.
Qeyd edək ki, bu, Azərbaycan millisi turnirdə 6-ci mükafatı
olub. Bundan əvvəl komandamız 2 qızıl, 2 gümüş və 1 bürünc medal
əldə edib.





























