
Bakı. Trend:
“Zirə” yeni futbolçu ilə anlaşıb.
Trend xəbər verir ki, bu barədə klubdan İdman.biz-ə məlumat
verilib.
Məlumata əsaəsn, Bakı təmsilçisi Araz Abdullayevi heyətinə
qatıb.
31 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə
imzalanıb. Yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq hüququ
“Zirə”yə məxsusdur.
Qeyd edək ki, futbolçu karyerası ərzində “Neftçi”, “Qəbələ”,
“Qarabağ”, “Sumqayıt”, İngiltərənin “Everton”, Yunanıstanın
“Panionis”, Kiprin “Anortosis”, “Etnikos”, Türkiyənin “Boluspor”,
Kosovonun “Lapi” klublarının şərəfini qoruyub. Abdullayev
Azərbaycan millisində meydana çıxdığı 40 oyunda 3 dəfə fərqlənməyi
bacarıb.





























