Advertisement

Azərbaycan gimnastı Qazaxıstanda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb

Bakı. Trend:

Azərbaycan gimnastı Ayan Sadıqova Astanada (Qazaxıstan) bədii
gimnastika üzrə “Alem Cup” beynəlxalq turnirində bürünc medal
qazanıb.

Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat
xidmətindən məlumat verilib.

Turnirdə Ayan Sadıqova lentlə hərəkətdə üçüncü yeri tutub.

Qeyd edək ki, martın 22-25-də Astanada bədii gimnastika üzrə
“Alem Cup” beynəlxalq turniri keçirilir.