
Bakı. Trend:
Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyevin
səhhətində irəliləyiş var.
Trend İdman.biz-ə
istinadən xəbərinə görə, bu barədə 52 yaşlı veteran hücumçunun özü
məlumat verib.
O bildirib ki, hazırda özünü normal hiss edir:
“Hər şey eyni qaydada davam edir. Ötən gün həkim müayinəsinə
getmişdim. Dedilər ki, səhhətimlə bağlı hər şey yaxşıya doğru
gedir. 6 ay içərisində tam sağalacağıma ümid edirlər. Mən də
gözləyirəm və çox inanıram ki, tam sağalacağam. Amma sol əlim hələ
də işləmir. Əvvəlki vaxta nisbətən indi daha rahat hərəkət edə
bilirəm”.
Qeyd edək ki, fevralın əvvəlində insult keçirən Vadim Vasilyev
hazırda müalicəsini ev şəraitində davam etdirir.





























