Advertisement

Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib (FOTO)

Hər zaman Korporativ Sosial Məsuliyyət strategiyasına sadiqliyi
ilə seçilən Yelo Bank bu dəfə Novruz bayramı ərəfəsində şəhid
ailələrinin qonağı olub. Bankın dəstəyi və Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin təşkilatçığı ilə Xocavənddə şəhid ailələri ziyarət
edilərək, onlara Novruz sovqatları təqdim edilib.

Görüşdə iştirak edən Yelo Bank nümayəndələri şəhid ailələrini
qarşıdan gələn bayram münasibətilə səmimi-qəlbdən təbrik edib və
xoş arzularını bölüşüblər. Bildirilib ki, ölkəmizin ərazi bütövlüyü
uğrunda canından keçən hər bir qəhrəman bizim övladımızdır və
onların əmanəti olan ailələrini ziyarət etmək hər birimizin
borcudur. Görüşün sonunda isə Yelo Bank-ın bu təşəbbüsünü isti
qarşılayan Xocavənd sakinləri öz minnətdarlıqlarını
bildirdilər.

Yelo Bank qəhrəmanlarımızın
ailələrinə dəstək olmaqdan qürur duyur və sosial məsuliyyətli Bank
olaraq gələcəkdə də bu cür təşəbbüskar addımları davam
etdirəcək.

Bank xidmətləri haqqında
əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!