
Bakı. Trend:
Azərbaycan idman gimnastikası yığmasının yoxlama məşqi
keçirilib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, məşq zamanı idmançılar müxtəlif
hərəkətləri yerinə yetiriblər.
Təmsilçilərimiz aprelin 17-20-də Qətərın Doha şəhərində
keçiriləcək Dünya kuboku və aprelin 24-28-də İtaliyanın Rimini
şəhərində baş tutacaq Avropa çempionatına hazırlaşır.
Qeyd edək ki, hazırlıqlar Milli Gimnastika Arenasının köməkşi
zalında baş tutub.





























