
Bakı. Trend:
“Real”la almaniyalı futbolçu Toni Kroos arasında yeni
razılaşmanın detalları məlum olub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, tərəflər 1 illik müqaviləyə
imzalanacaq.
34 yaşlı yarımmüdafiəçi ilə Madrid klubu 2025-ci ilin iyunun
sonuna kimi əməkdaşlıq edəcək. 2014-cü ildən “Real”da çıxış edən
Kroos komandanın heyətində böyük uğurlara nail olub. O, 4 dəfə
Çempionlar Liqası kubokunu, 3 dəfə İspaniya çempionu titullarını
qazanıb.
Qeyd edək ki, 2023/2024 mövsümündə Tonu 38 oyunda meydana
çıxıb.





























