Advertisement

Cüdo üzrə Bakı şəhər birinciliyi keçiriləcək

Bakı. Trend:

15 yaşadək cüdoçular arasında Bakı şəhər birinciliyi
keçiriləcək.

Trend İdman.biz
istinadən xəbər verir ki, yarış Azərbaycan Cüdo Federasiyası və
Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş
tutacaq.

Martın 29-31-də təşkil olunacaq birincilikdə 800-dən çox
yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin
(FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək.