Advertisement

UFC kəmərini Azərbaycana gətirəcəm – Xəyal Canıyev (VİDEO)

Bakı. Trend:

Bütün MMA döyüşçülərinin arzusu UFC-də döyüşməkdir. Mən də
hədəfi maksimum götürmüşəm.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu MMA döyüşçüsü Xəyal Canıyev
deyib.

30 yaşlı idmançı bildirib ki, əsas məqsədi UFC-ə keçid
etməkdir.

Onun sözlərinə görə, təcrübəsini bir qədər də artırdıqdan sonra
UFC-ə üz tutacaq:

“Bir qədər təcrübə toplamaq lazımdır. MMA-da 3 döyüşüm olub.
Daha 3-4 görüş keçirdikdən sonra UFC-ə hazır olacağam. Əsas
menecerdir. Bizdə bununla bağlı komanda var. Hər şey hazırdır.
Güləşi, qriplinqi bir qədər artırmaq lazımdır. İnşallah,
Azərbaycanın bayrağını UFC-də dalğalandırarıq. Muay-tay, K-1 və
MMA-da döyüşdüyüm üçün böyük təccrübəm var. Problem, zədə olmaza,
UFC kəmərini Azərbaycana gətirəcəm”.

Qeyd edək ki, hazırda UFC-də Azərbaycanı 2 döyüşçü təmsil edir.
Bunlar Rafael Fiziyev və Nazim Sadıqovdur.

https://www.youtube.com/watch?v=NvYPdCq9cxg