
Bakı. Trend:
“Tottenhem”in braziliyalı forvardı Rişarlison intihar etmək
istədiyini deyib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, futbolçu bu
etirafını ESPN-ə müsahibəsində açıqlayıb.
Buna Braziliya millisinin DÇ-2022-dəki uğursuz çıxışı səbəb
olub. “Sambaçılar”ın 1/8 finalda Xorvatiyaya məğlubiyyəti
Rişarlisonda depressiya yaradıb.
Hücumçu bildirib ki, onu bu vəziyyətdən psixoloq çıxarıb:
“2022-ci il çıxış etdiyim ilk dünya çempionatım idi. Pik formada
idim. Uğursuzluqdan sonra həyatın bitdiyini düşünürdüm. İnternet
vasitəsi ilə özünəqəsd videolarını axtarırdım. Sizə də məsləhət
görürəm, düşdüyünüz çətin vəziyyətdən çıxmaq üçün psixoloq axtarın.
Psixoloqa ehtiyacınız varsa, mütləq ona müraciət edin. Çünki
psixoloqla danışan zaman özünüz olmağa başlayırsız”.
Qeyd edək ki, DÇ-2022-nin qalibi Argentina millisi olub.





























