Advertisement

Millimizin AVRO-2024-dəki potensial rəqibləri bəlli olub (FOTO)

Bakı. Trend:

Minifutbol üzrə Avropa çempionatının püşkatmasının tarixi və
səbətləri bəlli olub.

Trend İdman.biz
istinadən xəbər verir ki, final mərhələsinin iştirakçıları aprelin
4-də qruplara bölünəcək.

Azərbaycan millisi püşkatmada 1-ci səbətdə yer alacaq. Qrup
mərhələsində 24 komanda 6 “dördlüy”ə bölünəcək.

1-ci səbət: Azərbaycan, Bosniya və Herseqovina,
Rumıniya, Bolqarıstan, Qazaxıstan və Slovakiya;

2-ci səbət: Ukrayna, Macarıstan, Fransa,
Çexiya, Serbiya, Monteneqro;

3-cü səbət: İspaniya, İngiltərə, Polşa,
Gürcüstan, İtaliya, Sloveniya;

4-cü səbət: Yunanıstan, Portuqaliya, Albaniya,
Türkiyə, Avstriya, Xorvatiya.

Qeyd edək ki, iyunun 1-dən 9-dək keçiriləcək qitə çempionatına
Bosniya və Herseqovina ev sahibliyi edəcək.