
Bakı. Trend:
“Bavariya”nın baş məşqçisi Tomas Tuxelə ödəyəcəyi
kompensasiyanın məbləği bəlli olub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, Almaniya klubu yayda müqaviləsinə xitam
verəcəyi mütəxəssisə 1 illik maaşını ödəyəcək.
Tuxel bu yay ayrılacağı Münhen təmsilçisindən 12 milyon avro
alacaq. Klub baş məşqçi ilə razılıq əldə edib.
Qeyd edək ki, 26 turdan sonra turnir cədvəlində ikinci olan
“Bavariya” liderdən 10 xal geri qalır.





























