
Bakı. Trend:
Korporativ sosial məsuliyyətə xüsusi önəm verən PAŞA Həyat
bayramlar ərəfəsində Qızıl Aypara cəmiyyəti ilə birgə əhalinin
bütün təbəqələrini diqqət mərkəzində saxlayaraq növbəti sosial
aksiya keçirib.
Belə ki, şirkət hər il olduğu kimi bu Novruz bayramında da
cəmiyyətin həssas qruplarını unutmamış və Sumqayıt şəhərində
ehtiyacı olan ahıl şəxslərinə bayram bağlamalarının hazırlanmasında
Qızıl Aypara Cəmiyyətinə öz dəstəyini göstərib.
Belə ki, QAC Sumqayıt Regional Mərkəzinin və PAŞA Həyat’ın
nümayəndələri tərəfindən bayram sovqatları sözügedən şəxslərə
paylanılıb. Bundan əlavə, yataq xəstələri olan ahıl şəxslər də
evlərində ziyarət olunaraq, şirkətlər tərəfindən bayram sovqatları
ilə sevindirilib. Bayram qutularının paylanılmasında bölmə
könüllüləri də fəal iştirak ediblər.



























