Advertisement

Apellyasiya Arbitraj Tribunalı AFFA-nın qərarını ləğv etdi

Bakı. Trend:

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti
açıqlayıb.

Yığıncaqda “Lion” klubunun şikayətinə baxılıb. Müraciət qismən
təmin edilib.

U-15 Liqasının “Səbail” – “Lion” oyunundan sonra qonaqların
azarkeşləri hakimləri təhqir edib, onlara hədə-qorxu gəlib.
AFFA-nın İntizam Komitəsi klubun 3 ev oyununu azarkeşsiz
keçirməsinə qərar verib.

Apellyasiya Arbitraj Tribunalı bu cəzanı ləğv edib. İş yenidən
baxılması üçün AFFA-nın İntizam Komitəsinə göndərilib.

Qeyd edək ki, apellyasiya şikayətinin qalan hissədə baxılmamış
saxlanılıb.