Advertisement

Uçot dərəcəsinin azaldılması kredit faizlərinə necə təsir göstərəcək? – AÇIQLAMA

Bakı.Trend:

Mərkəzi Bankın uçot dərəcəsinin azaldılması ilə bağlı qərarı həm
infilasiya səviyyəsinin optimallaşması, eyni zamanda, makroiqtisadi
stabilliyin qorunması ilə bağlıdır.

Bu barədə Trend-in suallarını cavablandırarkən Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar
Bayramov deyib.

O qeyd edib ki, əslində, proses 2023-cü ildən etibarən
başlayıb.

“Bu kontekstdə real iqtisadi əsaslar var idi. Uçot dərəcəsinin
azaldılmasında əsas məqsədlərdən biri məhz kredit və depozit
faizlərinə təsiri artırmaqdır. Baxmayaraq ki, hələlik bunun kredit
və depozit faizlərinə təsiri hiss olunmur. Əksinə, biz xüsusən
depozit faizlərində artımları müşahidə etmişik. Bütün hallarda uçot
dərəcəsinin kredit və depozit faizlərinə daha real olaraq təsir
etməsi, kredit faizlərin də azalmalara gətirib çıxarması çox
vacibdir.

Mərkəzi Bank artıq kredit və depozit faizlərinin
optimallaşdırılmasına, xüsusən də kredit faizlərinin aşağı
salınmasına təsir etməyə çalışacaq. Uçot dərəcəsinin azaldılması
manatla yığımlar baxımından vacib idi”, – deyə V.Bayramov
bildirib.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin
7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.75%-dən 8.5%-ə
endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində
dəyişməz saxlanılması haqqında qərar qəbul edib.