
Bakı. Trend:
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili
əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 61.8%-ni
təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi
Bankına istinadən xəbərinə görə, banklar və “Azərpoçt” MMC-nin
ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə
ki, keçən ilin fevral ayının sonu ilə müqayisədə bankomatların sayı
2%, POS-terminalların sayı 14.4% artıb.



























