
Bakı. Trend:
Martın 29-da energetika naziri Pərviz Şahbazov Qazax rayon
Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə
keçirilmiş qəbul zamanı vətəndaşların elektrik enerjisi təchizatı,
transformatorun yerinin dəyişdirilməsi, qaz təchizatı, qaz
xətlərinin bərpası, təbii qaz və elektrik enerjisi sərfiyyatına
görə yaranmış borc və cərimələr, işlə təminat və digər məzmunlu
müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin
tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar
verilib.
Qəbulda Qazax rayonu ilə yanaşı, Gəncə şəhəri, Goranboy və Tovuz
rayonlarından olan 11 vətəndaş iştirak edib.



























