Advertisement

Avropa “Qarabağ”ı gözləyir: Səbət də bəllidir

Bakı. Trend:

Azərbaycan çempionluğu bu gün rəsmiləşəcəyi gözlənilən
“Qarabağ”ın avrokubokların püşkatmasında yer alacağı səbət
dəqiqləşib.

Trend İdman.biz
istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ilk iki
təsnifat mərhələsinin püşkatması zamanı səpələnmişlər sırasında
olacaq.

Buna Ağdam klubunun UEFA əmsalının yüksək olması imkan verir.
Təmsilçimizin göstəricisi 33,000-a bərabərdir.

Çempionlar yolunun I və II təsnifat mərhələlərində oynamaq şansı
olan komandalardan yalnız altısı “Qarabağ”dan daha artıq əmsala
malikdir. Bu da təmsilçimizə hər iki raundda güclülər səbətində yer
almaq imkanı verir.

Qurbanovun komandasının III təsnifat mərhələsində səpələnən 6
klub sırasında yer almaq üçün potensial “altılıq”dan heç olmasa
biri ya çempion olmamalı, ya da ilk iki mərhələdə büdrəməlidir.
Azərbaycan çempionunun pley-offdakı səbəti isə bütün liqalarda
qaliblərin bəlli olması və əvvəlki mərhələlərin nəticələrindən
asılıdır.

Yeri gəlmişkən, ilk iki təsnifat mərhələsinin püşkatma
mərasimləri iyunun 18-19-da keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” Azərbaycan Premyer Liqasının XXVIII
turunun bu gün keçiriləcək “Kəpəz”lə oyununda uduzmasa, ən erkən
çempion kimi tarixə düşməklə 11-ci dəfə qızıl medallara
yiyələnəcək.