Advertisement

Azərbaycan və Mərakeş arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı. Trend:

Gənclər və idman naziri Fərid Qayıbov bu gün Mərakeşin
Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Məhəmməd Adil
Embarşı qəbul edib.

Trend İdman.biz
istinadən xəbər verir ki, qonağı salamlayan nazir ona ölkəmizdə
gənclər siyasəti və idman sahəsində görülən işlər və qazanılan
uğurlar barədə məlumat verib.

Səfir səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə
arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək
perspektivləri müzakirə olunub.

Görüşdə nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva və
səfirin müavini Leyla Bulejiuş da iştirak ediblər.