
Bakı. Trend:
Qurban Qurbanov baş məşqçi kimi 10-cu dəfə Azərbaycan çempionu
tituluna yiyələnib.
Trend Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər
verir ki, bütün bu titulları “Qarabağ”ın “sükanı arxası”nda qazanan
52 yaşlı mütəxəssis özünün sahib olduğu rekordu yeniləyib.
O, bu çempionluqları son 11 ildə qazanıb. 10-cu zəfər Premyer
Liqanın XXVIII turunun “Kəpəz”lə səfər oyununda (6:1) əldə
olunub.
Q.Qurbanov bunadək 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017,
2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023-cü illər
mövsümlərində də “Qarabağ”ın çempionluğunun memarı olub.
İkinci sıradakı Ağasəlim Mircavadovun 5 çempionluğu var: 1993,
1999/2000, 2000/2001, 2004/2005, 2006/2007. Kazbek Tuayev
(1993/1994, 1995/1996, 1996/1997, 2003/2004) dörd, Mehman
Allahverdiyev (1994/1995, 1997/1998, 1998/1999) və Böyükağa Hacıyev
(2005/2006, 2011/2012, 2012/2013) hərəyə üç dəfə çempionluq sevinci
yaşayıb.
Belə uğuru olan 11 məşqçidən altısı yalnız bir dəfə qızıl medala
yiyələnib. Əhməd Ələsgərov 1992, Valentin Xodukin 2007/2008, Qyoko
Hacıyevski 2008/2009, Kaxaber Sxadadze 2009/2010, Arif Əsədov
2010/2011 və Samir Abasov 2020/2021-ci illər mövsümündə buna nail
olub.





























