Advertisement

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu gümüş medal qazanıb

Bakı. Trend:

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya
şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal
qazanıb.

Trend-in
məlumatına görə, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan
idmançı finalda moldovalı Adil Osmanova uduzub.

Bununla da milli komanda yarışda ilk medalını əldə edib.

Qeyd edək ki, martın 31-dək davam edəcək “Böyük Dəbilqə”
turnirində Azərbaycan 9 cüdoçu ilə təmsil olunur.