Advertisement

Azərbaycan gimnastı Dünya Kubokunda finala vəsiqə qazanıb

Bakı. Trend:

Azərbaycan idman gimnastı Rəsul Əhmədzadə Türkiyənin Antalya
şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya Kubokunda
finala yüksəlib.

Trend xəbər verir ki, idmançımız paralel qollarda həlledici
mərhələdə iştirak hüququ qazanıb.

Martın 29-da start götürən yarışa bu gün yekun vurulacaq.