
Bakı. Trend:
ICE London qitələrarası birjasında keçirilən ticarət
əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü
ilin iyun müqaviləsinin dəyəri 0,29% artaraq 1 barelə görə 87,25
ABŞ dolları təşkil edib.
Trend-in məlumatına görə,
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI
markalı neftin 1 barelinin qiyməti isə 0,34% artaraq 83,45 ABŞ
dolları təşkil edib.



























