Advertisement

FİDE reytinqi: Rəcəbov geriləyib, Beydullayevadan sıçrayış

Bakı. Trend:

FİDE şahmatçıların aprel reytinqini açıqlayıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, siyahıda Azərbaycan yığmasının
üzvlərindən ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur.

39 yaşlı qrossmeyster 2 pillə irəliləyib. Aktivində 2733 xal
olan Məmmədyarov 17-ci pillədə qərarlaşıb.

Teymur Rəcəbov 3 pillə geriləyib. O, 2723 xalla yenə
28-cidir.

Digər qrossmeysterimiz Rauf Məmmədov (2651) mövqeyini qoruyub.
Milli üzvü 85-ci yerdədir.

Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2830) başçılıq edir.
Onu ABŞ-ın şərəfini qoruyan Fabiano Karuana (2803) və Hikaru
Nakamura (2789) izləyir.

Qadın şahmatçılarımızdan ən yaxşı göstəriciyə yenə Günay
Məmmədzadə malikdir. 34-cü olan təmsilçimizin aktivində 2436 xalı
var. 31 pillə irəliləyən Gövhər Beydullayeva (2402) 46-cıdır.

5 pillə geriləyən Ülviyyə Fətəliyeva (2377) 72-ci, üç addım
irəliləyən Gülnar Məmmədova (2352) 99-cu pillədə qərarlaşıblar.
“100-lüy”ə qayıdan Xanım Balacayeva 2371 xalla 77-cidir.

Siyahıya çinli Yifan Hou (2632) başçılıq edir. İkinci pillədə
Venjun Ju (Çin, 2559), üçüncü sırada Aleksandra Qoryaçkina (FİDE,
2553) qərarlaşıb.