
Bakı. Trend:
Mövsümdə qarşımıza yalnız çempionluq məqsədi qoymuşduq.
Trend xəbər verir ki, bunu
İdman.bizə “Qarabağ”ın futbolçusu Toral Bayramov deyib.
O, komandasının 11-ci dəfə Azərbaycan çempionu olmasını şərh
edib. Bayramovun sözlərinə görə, bu il ağır təqvimdə oynayıblar:
“Avropa Liqası, Azərbaycan kuboku və Premyer Liqada mübarizə
apardıq. Ancaq bunlara baxmayaraq, sevindirici haldır ki, ölkə
çempionatının bitməsinə 8 tur qalmış çempionluğu təmin etdik. Çox
çətin mövsüm oldu. Qarşıdakı oyunlara diqqətlə və məsuliyyətlə
yanaşmalıyıq. Hər şey bəlli olsa da, bundan sonra da hər matça
qələbə üçün çıxacağıq”.
Qeyd edək ki, “Qarabağ” Azərbaycan Premyer Liqasının XXVIII
turunda “Kəpəz”ə (6:1) qalib gəlməklə, çempionluğunu erkən
rəsmiləşdirib.





























