
Bakı. Trend:
Milli çempionatlarda səfərdəki qollu oyunlar seriyasına malik
klublar açıqlanıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, “Top-5”də Azərbaycan çempionu “Qarabağ”
da var.
Qurban Qurbanovun yetirmələri son 25 səfər matçında qol vurub.
Bu, dünyada 5-ci nəticədir.
Rekord isə Kiyev “Dinamo”suna məxsusdur. Ukrayna klubu 47
matçdır səfərdən qolsuz ayrılmır. “Feyenord” Niderlandda 40,
“Albireks” Sinqapurda 39, “Əl-Vəhdə” BƏƏ-də ardıcıl 33 səfər
matçında qol vurub.
Bunun əksi olan evdəki qollu matçlar seriyası “Klaksvik”ə
məxsusdur. Farer adaları klubu 54 görüşdür öz meydanını qolsuz tərk
etmir.
Bir gün əvvəl isə “Mançester Siti”nin evdəki qollu seriyası
qırılıb. İngiltərə klubu bütün turnirlər nəzərə alınmaqla, 57
matçda qol sevinci yaşayıb.
Qeyd edək ki, “Qarabağ” son səfər görüşündə “Kəpəz”ə 6:1 hesabı
ilə qalib gəlib.





























