Advertisement

Azərbaycan rumıniyalı investorları AFEZ-ə dəvət edir

Bakı. Trend:

Azərbaycan hökuməti rumıniyalı investorları Ələt Azad İqtisadi
Zonasında (AFEZ) fəaliyyət göstərməyə dəvət edir, bu onlar üçün
Azərbaycanda maksimum əlverişli biznes ərazisi olacaq.

Trend xəbər
verir ki, bu barədə bu gün AFEZ-in İdarə Heyətinin sədri Valeh
Ələsgərov Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti
arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə
Müştərək Komissiyanın bu gün Bakıda keçirilən 8-ci iclasında
deyib.

V.Ələsgərov AFEZ-in fəaliyyətinin yeni cəlbedici məqamı qismində
2026-cı ilin birinci yarısından azad iqtisadi zonanın (AİZ)
ərazisində yük terminallarının istismara verilməsini qeyd edib.
Başlanğıc mərhələdə bu terminalların köməyilə 500 min ton yük
daşıncaq, gələcəkdə isə bu həcm təqribən 1,5 milyon tona qədər
artırılacaq.

“Rumıniyanın istənilən təklifini dəyərləndirməyə hazırıq və
innovativ texnologiya və yanaşmalardan istifadə edəcək, eləcə də
ixracyönümlü yüksək əlavə dəyərin hazırlanması ilə məşğul olacaq
investorlara üstünlük verəcəyik”, – deyə o əlavə edib.

Xəbər yenilənəcək