Advertisement

Çətin seçim qarşısındayam – “Qarabağ”ın müdafiəçisi

Bakı. Trend:

Vaxt yaxınlaşır, futbolda qalıb, biliklərimi yeni nəsilə ötürmək
istərdim. Gənc futbolçularla ünsiyyət qururam, onlara doğru yolu
göstərirəm, onları nələr gözləyir, stresdən necə çıxmalıyam.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu “Qarabağ”ın müdafiəçisi Maksim
Medvedev Rusiya mətbuatına müsahibəsində deyib.

Təcrübəli futbolçu gələcəyi ilə bağlı da danışıb. O bildirib ki,
çətin seçim qarşısındadır: “Komandada qalmaq istərdim, amma nəyisə
seçməliyəm, çünki karyeram bitdikdən sonra məşğul olmaq istədiyim
çox sahələr var. Çoxları deyir ki, mən idman direktoru, məşqçi ola
bilərəm və ya akademiyada işləyə bilərəm. Amma bu gün hansının daha
yaxşı olduğunu dəqiq bilmirəm. Minimumdan maksimum yaradan məşqçi
ilə işləyirəm və onun işini öz gözlərimlə görürəm. Bəlkə də
məşqçilik kateqoriyam yoxdur, amma bilik baxımından özümü ilkin
kateqoriyalara yaxın hiss edirəm”.

Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən “Qarabağ”ın şərəfini
qoruyur.