
Bakı. Trend:
Avropa Olimpiya Təsnifat Turnirinə çox ciddi hazırlaşmışıq.
Komandada əhval-ruhiyyə yüksək səviyəddədir.
Trend xəbər verir ki, bunu
İdman.biz-ə
Azərbaycan millisinin sərbəst güləşçisi Əliabbas Rzazadə (57 kq)
deyib.
O, aprelin 5-də Bakıda start götürəcək Avropa Olimpiya Təsnifat
Turnirində hədəfini açıqlayıb. 25 yaşlı güləşçi Paris-2024 Yay
Olimpiya Oyunlarına lisenziya qazanacağına əminlik ifadə edib:
“Özümə inamım yüksəkdir. Bu işi bacaracağımı düşünürəm.
Səbirsizliklə yarışın başlamasını gözləyirik. Əlimizdən gələni
edəcəyik ki, doğma azarkeşlərimizin önündə uğurlu olaq, xalqımızı
sevindirək”.
Rzazadə əsas rəqiblərinin adını açıqlayıb:
“Güclü rəqiblərim var. Onlardan ən əsası makedoniyalı Vladimir
Yeqorovdur. Ondan qisas almaq istəyirəm. Avropa çempionatının
finalında hakimlərin haqsızlığından sonra məni məğlub etdi. Bundan
başqa, Türkiyə güləşçisi Süleyman Atlı da ciddi rəqibdir. Əslində,
Bakıya gələcək idmançıların heç birinə zəif demək olmaz”.
Qeyd edək ki, sərbəst güləşçilər aprelin 7-də mübarizə
aparacaqlar.





























