Advertisement

“Barselona”nın Alonso qərarı – Trend.Az

Bakı. Trend:

Markos Alonso mövsümün sonunda “Barselona”nı tərk edəcək.

Trend İdman.biz
istinadən xəbər verir ki, klub futbolçu ilə müqavilə müddətini
artırmamaq qərarına gəlib.

2022-ci ilin sentyabrından komandada çıxış edən Markosun
“Atletiko”ya keçməsi gözlənilir. Təcrübəli müdafiəçi sərbəst agent
kimi Madrid klubu qoşulacaq.

Qeyd edək ki, Alonso 2023/2024 mövsümündə “Barselona”nın
heyətində cəmi 7 oyunda meydana çıxıb.