
Bakı. Trend:
Azərbaycanın bədii gimnastika yığması Estoniyanın paytaxtı
Tallində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, ilk dəfə təşkil olunacaq “Tallin Open”
aprelin 5-7-də baş tutacaq.
Yarışda AGF-nın idman direktoru Natalya Bulanova və məşqçi
Siyana Vasilevanın rəhbərliyi altında Güllü Ağalarzadə, Kamilla
Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və
Zeynəb Hümmətovadan ibarət komanda böyüklərin yarışında ölkəmizin
şərəfini qoruyacaq.
İlona Zeynalova, Mədinə Dəmirova, Alina Məmmədova böyüklər,
Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan
Qurbanlı isə gənclər arasında fərdi yarışlarda mübarizə
aparacaq.
Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakimlər Nigar
Abdusalimova və Yevgeniya Vilyayeva ədaləti qoruyacaqlar.





























