
Bakı. Trend:
Bədii gimnastlarımız beynəlxalq turnirdə iştirak edəcək.
Trend xəbər verir ki, bu barədə Azərbaycan gimnastika
Federasiyası məlumat yayıb.
Bildirilib ki, AGF-nın idman direktoru Natalya Bulanova və
məşqçi Siyana Vasilevanın rəhbərliyi altında bədii gimnastika üzrə
qrup hərəkətləri komandasının üzvləri (böyüklər) Güllü Ağalarzadə,
Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman
Əlimuradova və Zeynəb Hümmətova, böyük fərdi gimnastlar – İlona
Zeynalova, Mədinə Dəmirova, Alina Məmmədova, gənc fərdi gimnastlar
– Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan
Qurbanlı 5-7 aprel tarixlərində Estoniyanın Tallin şəhərində
keçiriləcək bədii gimnastika üzrə birinci “Tallin Open” adlı
beynəlxalq turnirdə iştirak edəcəklər.
Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakimlər Nigar
Abdusalimova və Yevgeniya Vilyayeva, o cümlədən, məşqçilər Nigar
Musazadə, Nəzrin Cəfərzadə, Qaratova Jalə və xoreoqraf Akif Kərimli
ölkəmizi təmsil edəcək.





























