
Bakı. Trend:
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının
XXVIII turunda baş verənlər müzakirə olunub.
“Səbail” – “Turan Tovuz” oyununda 4 futbolçusu sarı vərəqə alan
qonaqlar 700 manat cərimə edilib. “Sumqayıt” – “Araz-Naxçıvan”
matçında eyni sayda xəbərdarlıq alan meydan sahibləri də 700 manat
ödəməli olacaq.
“Sumqayıt” məşqçisi Seymur Rəhimova görə də cəzalanıb. 90+2-ci
dəqiqədə hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə alan
çalışdırıcı 2 oyun cəzalanıb, klubu 1500 manat cərimə edilib.





























