Advertisement

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda (FOTO)

Bakı. Trend:

Bütün ölkə ərazisində sərfəli rabitə xidmətlərini hər kəs üçün
əlçatan etməyə davam edən “Nar” yeni konseptli mağazasını bu dəfə
Şamaxı şəhərində təqdim etdi. Müasir görünüşü və rahatlığı ilə
seçilən mağaza Şamaxı şəhəri N.Nərimanov küçəsi ilə M.Şəhriyar
küçəsinin kəsişməsidə yerləşir.

Mağazanın açılışında iştirak edən “Nar”ın Baş İcraçı direktoru
Qunnar Panke bildirib: “2024-cü ildə də bölgələrdə yeni “Nar”
mağazalarını təqdim etməyə və satış şəbəkəmizi genişləndirməyə
davam edirik. “Nar” olaraq, sərfəli qiymət siyasətimizə sadiq
qalmaqla yanaşı, üstün müştəri təcrübəsi və yüksək keyfiyyətli
rabitə xidmətlərini müştərilərimizə əlçatan etməyə qərarlıyıq.”

Mobil operatordan verilən məlumata görə, “Nar” bu il ərzində
daha 15 yeni mağazasını Azərbaycanın bölgələrində təqdim etməyi
planlaşdırır. Müştərilər özlərinə ən yaxın “Nar” mağazalarının
ünvanlarını operatorun rəsmi saytından (nar.az) tapa bilər.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək
keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə
Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq
sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.