Advertisement

Millimizin sabiq hücumçusu zədələnib – Trend.Az

Bakı. Trend:

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov
zədələnib.

Trend İdman.biz
istinadən xəbər verir ki, Berlin “Dinamo”sunun 33 yaşlı hücumçusu
məşqdə xəsarət alıb.

O, komanda yoldaşı Coy Braytfeldlə toqquşub. Hər iki futbolçu
zədələnsə də, Rüfət daha ağır zərbə alıb. Hücumçu məşqi yarımçıq
tərk edib.

Onun durumuna müayinələrdən sonra aydınlıq gələcək. Dadaşovun
yarım il müddətinə meydanlardan kənar qalmaq təhlükəsi də var.

Qeyd edək ki, Regionalliqa təmsilçisi aprelin 5-də “Herta-2” ilə
qarşılaşacaq.