Advertisement

İngiltərə Premyer Liqası: “Nyukasl” və “Tottenhem” xal itirib

Bakı. Trend:

İngiltərə Premyer Liqasında 31-ci turu 5 oyunla start
götürüb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, matçlar meydan
sahiblərinin üstünlüyü ilə başa çatıb.

Qonaq komandalar heç bir qarşılaşmada qələbə qazana bilməyib.
Turun 3 oyunda 1:1 hesabı qeydə alınıb.

“Nyukasl” öz meydanında, “Tottenhem” isə səfərdə xal itirib.
“Nottingem Forest” “Fulhem”i, “Bornmut” isə “Kristal Pelas”ı məğlub
edib.