Advertisement

Rüfət Hacılıya IBSA-da vəzifə verilib

Bakı. Trend:

Milli Paralimpiya Komitəsinin Beynəlxalq əməkdaşlıq və
ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rüfət Hacılıya yeni vəzifə
verilib.

Trend İdman.biz
istinadən xəbər verir ki, həmyerlimiz Beynəlxalq Görmə
Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) icraçı direktoru
təyin edilib.

Hacılının təyinatı IBSA-nın İdarə Heyətinin onlayn formatda
keçirilən son iclasında rəsmiləşib.

Qeyd edək ki, IBSA-ya 120-dən çox ölkə üzvdür.