
Bakı. Trend:
Rusiyalı mütəxəssis Stanislav Çerçesova Azərbaycan millisinin
baş məşqçisi postu təklif olunacaq.
Trend xəbər
verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, yaxın zamanda 60 yaşlı mütəxəssisə Azərbaycan
millisinə rəhbərlik etmək təklif olunacaq. Hal-hazırda Çerçesov
bununla bağlı rəsmi təklif almayıb.
Qeyd edək ki, Stanislav Çerçesov 2023-cü ilin iyul ayında
2021-ci ildən baş məşqçisi olduğu Macarıstanın “Ferentsvaroş”
klubundan ayrıldıqdan sonra işsizdir. Ondan əvvəl isə mütəxəssis
2016-2021-ci illərdə Rusiya millisinin baş məşqçisi olub.





























