
Bakı. Trend:
“İdman Bizdə”nin növbəti buraxılışı yayımlanıb. Verilişin bu
dəfəki qonağı Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun
Sultanov olub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, qonağımız AFFA-da keçirilən Hesabat-Seçki
Konfransını, qurumda olan dəyişiklikləri şərh edib. O, Azərbaycan
millisi üçün düzgün strategiya da açıqlayıb. Sultanov ölkə kuboku
və Azərbaycan çempionatında son durumu da dəyərləndirib.
Müsahibənin videovariantını təqdim edirik:





























