Advertisement

Kapital Bank-ın dəstəyi ilə AnchorNaxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş fənn olimpiadası keçirildi

Bakı. Trend:

Ölkənin birinci bankı Kapital Bank-ın dəstəyi ilə Naxçıvan
Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Nəsrəddin Tusi adına fizika-riyaziyyat
olimpiadasının final turu keçirilib. Naxçıvan şəhərində baş tutan
olimpiada V-VIII sinif şagirdlərini əhatə edib.

Naxçıvan Muxtar
Respublikasının 100 illik yubileyinə həsr olunan fənn
olimpiadasında
şagirdlər biliklərini məktəb, rayon və muxtar
respublika olmaqla 3 turda sınayıblar. Ümumilikdə fənn
olimpiadasına qatılan 5000 şagirddən 35-i qalib olub. Layihənin
məqsədi istedadlı şagirdləri müəyyən edərək, onların beynəlxalq
olimpiadalarda iştirakını təmin etməkdir.

Final mərhələsinin
qalibləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Kapital
Bank və digər dəstəkçilər tərəfindən fəxri fərman və hədiyyələrlə
təltif olunublar.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün — https://kbl.az/prgtk,
Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.