Advertisement

“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir

Bakı. Trend:

Yelo Bank-ın Brendin İdarəedilməsi departamentinin poliqrafiya
və çöl reklamı sifarişləri üçün texniki tender elan olunur. Qeyd
edək ki, texniki tenderdə yalnız nümunə tələb olunur, qiymətlər
təqdim edilmir. Sifarişçinin tələblərinə cavab verən nümunələr
seçilmiş hesab ediləcək. Seçilmiş nümunələri hazırlayan tender
iştirakçısı maliyyə tenderində iştirak etmək hüququ əldə edir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

– Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə
imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı
olmalı;

– Ödəmə qabiliyyəti olmalı;

– Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı
olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu
olmamalı;

– Azərbaycan Respublikasında vergilərə və digər icbari
ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin
olmamalı;

– Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və
ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya
və ya icazəyə malik olmalı;

– Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya
fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Texniki şərtlər və tenderdə iştiraka dair tələblər ilə aşağıdakı
linklərə keçid edərək tanış ola bilərsiniz: https://bit.ly/3J17UoK

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981
nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!