
Bakı. Trend:
Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu Bakıya
gələcək.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, o, ilk dəfə keçirilən kiçikyaşlı
taekvondoçular arasında Azərbaycan birinciliyinin açılış
mərasimində iştirak edəcək.
Tədbirə Çu ilə yanaşı, Azərbaycan Taekvondo Federasiyanın
prezidenti Kəmaləddin Heydərov və gənclər və idman nazirinin
müavini Mariana Vasileva da qatılacaqlar.
Açılış mərasimi aprelin 5-də olacaq. Fövqəladə Hallar
Nazirliyinin İdman-Sağlamlıq Klubunda təşkil olunacaq tədbir saat
16:00-da başlayacaq.





























