Advertisement

Azərbaycana daha böyük hesabla qalib gələ bilərdik – Monteneqronun baş məşqçisi

Bakı. Trend:

Biz bütün oyun ərzində dominantlıq edirdik. Topa rəqibdən daha
çox nəzarət edirdik.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu 19 yaşadək qızlardan ibarət
Monteneqro millisinin baş məşqçisi İvan Tatar deyib.

O, AVRO-2025-in seçmə mərhələsinin Azərbaycanla oyunu barədə
fikirlərini açıqlayıb: “Biz çox sayda vəziyyətlər yaratdıq. Rəqibə
hətta qapımıza zərbə vurmaq imkanı da vermədik. Qələbəyə tam layiq
idik. Amma Azərbaycanla matçda daha böyük hesabla qalib gələ
bilərdik. Əsas odur ki, turnirə qələbə ilə, həm də zədəsiz
başladıq. Çox soyuq havada, qar altında oynadığımızdan onların
görüşü sağlam bitirməsi vacib idi. İndi bərpa olmalı və Latviya ilə
görüşə hazırlaşmalıyıq”.

Qeyd edək ki, Monteneqro millimizlə görüşdə 4:0 hesablı qələbə
qazanıb.